Sülhməramlılar Ağdərədə su anbarı tikir

13:33 27-08-2021 396

Əli Orucov: "Rusiyanın özbaşınalıqlarına sərt təpki verilməlidir"

Məlum olduğu kimi, son zamanlar Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində içməli su qıtlığı yaşanmaqdadır. Hətta, bir neçə həftə əvvəl Xankəndidə avtomobil yuma məntəqələri bağlanmışdı.

Paralel.az xəbər verir ki, Rusiya sülhməramlıları Qarabağ regionun sakinləri üçün Ağdərədə su anbarı inşa etməyə başlayıblar. Bu barədə bütün erməni sayıtları xəbər paylaşıb.

Maraqlıdır, sülhməramlıların missiyasına ərazidə tikinti işlərinin aparılması, sülh dönəmində əhalinin problemləri ilə məşğul olmaq, onun qayğısına qalmaq səlahiyyəti yoxdur. Bu qayğının birtərəfli qaydada - yalnız münaqişə tərəflərindən birinə (ermənilərə) göstərilməsi, ümumiyyətlə, qəbuledilməzdir.

Qeyd edək ki, indiyə qədər sülhməramlılar Qarabağda erməni icması üçün yol, xəstəxana, mənzil tikintisi, "yeril özünümüdafiə" qüvvələri və yeniyetmələr üçün təlimlər keçib və s. səlahiyyətinə aid olmayan məsələlərlə məşğul olub.

Bu xüsusda bizimlə söhbəti zamanı politoloq Əli Orucov bildirdi ki, sülhməramlıların vəzifəsi təmas xətti böyünca atəşkəs rejiminə nəzarət etmək, və bölgəni hərsizləşdirməkdir: "Lakin rus sülhməramlıları səlahiyyətlərini aşaraq ərazidən infrastruktur layihələri həyata keçirirlər. İndiyə qədər sülhməramlılar xəstəxana, mənzil və digər infrastruktur layihələri ilə məşğul olamqla öz səlahiyyətlərini aşıblar. Fikrimcə, Azərbaycan höbkuməti buna qarşı kəskin reaksiya verməli, nəticə olmasa, sülhməramlıların bölgəni tərk etməsi tələbini qoymalıdır. Reallıqda rus sülhməramlılarının bölgədə varlığı Azərbaycan üçün təhdid və təhlükədir. Azərbaycanın "Krım platformasın"da iştirak etməməsinin əsas səbəbi Rusiya sülhməramlılarının ərazimizdə olmasıdır. Görürsünüz ki, bu tədbirdə Türkiyə iştirak etdi, amma biz iştirak etmədik. Bu Rusiyanın təhdidi ilə bağlıdır. Rusiyanın özbaşınalıqlarına sərt təpki verilməlidir".

Akif Nəsirli