Paşinyan Azərbaycan toponimlərini öz adılilə dedi

17:43 27-08-2021 288

"Azərbaycan Eyvazlı və Çayzam bödgəsində Sünikin cənub hissələrinə gedən əsas yolu bağlayıb"

"Hökumətin proqramını Milli Məclisdə təqdim edilməsi bölgənin və Ermənistanın inkişafı üçün sülh dövrünün elan edilməsinə təsadüf edir".

 Baş nazir Nikol Paşinyan Nazirlər Kabinetinin dünən keçirilən iclasında deyib.

Baş nazir əlavə edib ki, Azərbaycan Eyvazlı və Çayzam bödgəsində Sünikin cənub hissələrinə gedən əsas yolu bağlayıb: "Bu hərəkətlər 2020-ci ilin dekabrında əldə edilən razılaşmalara ziddir. Ümid edirəm ki, məsələ ən qısa zamanda həll olunacaq. Siyasi baxımdan mənə aydındır ki, bu hərəkətin məqsədi irəli sürdüyümüz sülh danışıqlarına zərbə vurmaq və bizi güzəştə məcbur etməkdir."

"Bölgədəki sülh mövzusuna qayıdaraq, Türkiyədən müəyyən müsbət siqnalların gəldiyini qeyd etmək istəyirəm. Biz bunları qiymətləndirəcəyik və müsbət siqnallara eyni şəkildə - müsbət siqnallarla cavab verəcəyik", - deyə Ermənistan hökumətinin başçısı vurğulayıb.

Xatırladaq ki, artıq ikinci gündür ki, Azərbaycan hərbçiləri Qafan-Basarkeçər  yolunu bağlayıblar.

Birincisi, erməni baş nazirinin Azərbaycan toponimlərini öz adı ilə səsləndirməsi təqdirəlayiq haldır, gələcəkdə digər toponimlərimizi də öz qədim adı ilə səsləndirmək məcburiyyətində qalacaqlar.

İkincisi, Qafan-Basarkeçər yolunun Azərbaycandan keçən hissəsində hərəkətin təmin edlilməsi adi razılaşma ilə əldə olunubsa, Zəngəzur dəhlizinin açılması 44 günlük müharibəni dayandıran, 20 min erməni canlı qüvvəsini mühasirəyə düşməkdən xilas edən 10 noyabır bəyannaməsində əksini tapıb. Göründüyü kimi Zəngəzur dəhlizinin açılması daha ali sənədlə Ermənistanın öhtəlikləri sırasına daxil edilib. Elə isə Paşinyan nə üçün Zəngəzur dəhlizinin açılmasını təmin etmir? Əvəzində isə Ermənistanın hzansısa iki bölgəsini birləşdirən yolun açılışını tələb edir.

Bəyannamənin sözügedən bəndini oxucularımızın diqqətinə çatdırırıq: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir".

Akif Nəsirli