Ermənilər panikadadır

18:12 27-08-2021 387

Erməni mətbuatı Azərbaycan hərbçilərinin Gorus-Qafan magistral yolunun bəzi hissələrini qazdığını yazıb. Ermənistanla sərhəd Vorotan kəndinin sakinlərinin sözlərinə görə, son iki həftə ərzində Azərbaycan əsgərləri nəzarət etdikləri Gorus-Vorotan hissəsinin hər iki tərəfində səngərlər qazıblar. Xəbərdə deyilir ki, orada qazıntılar yaranıb, çadırların və müvəqqəti sığınacaqların sayı artıb. Erməni mətbuatı iddia edir ki, azərbaycanlılar kənddən bir neçə kilometr aralıda son zamanlar sürətlə qoşun toplayırlar. Xəbərdə deyilir: “Vorotan sakinləri özünümüdafiə silahlarının olmamasından narazılıqlarını ifadə edir. Kəndlilər düşmənin təxribatından ciddi şəkildə qorxurlar. Onlar azərbaycanlıların kəndliləri ərazini tərk etmələri üçün yolu bağladıqlarını və oranı

sakitcə işğal edəcəklərini istisna etmirlər”. Mətbuat haray salır ki, kəndlilərin çoxu yolların bağlı olduğu şəhərlərdə işləyirlər. Müəllimlərin çoxu da məktəbə Gorusdan gəlir. Erməniləri narahat edən də odur ki, yolun vəziyyəti həll edilməsə, sentyabrdan etibarən kənd məktəbindəki uşaqlar müəllimsiz qalacaq. Necə deyərlər, erməni uşaqları ”dərs keçənlər”inin bizə qarşı yönəltdiyi düşmənçilik təbliğatından məhrum olacaqlar.

Nigar