Bankomatlar işləmirsə, “pensiyaya çıxarın”!

18:34 27-08-2021 441

Ölkənin pensiyaçı kəsiminin ən çox çətinliklə üzləşdiyi məsələlərdən biri də bankomatlarla bağlıdır. Adından göründüyü kimi, bankomatlar daim işlək vəziyyətdə olmalıdır ki, maaş və təqaüd hesabına yaşayanların, müalicə alanların xidmətində dayansın.

Lakin bu istiqamətdə problemlərin olduğunu dəfələrlə yazsaq da, pensiyaçılar yenə də əziyyət çəkirlər. Bizə müraciət edən bir çox pensiyaçı Yasamal rayonu ərazisində, konkret olaraq, “Araz” supermarketinin qarşısında qoyulan bankomatın xarab olduğunu deyirlər: “Orada qoyulan, “Beynəlxalq bank”a aid bankomat əvvəllər də çətinliklə işləyirdi. Rəqəmləri o qədər döyəclənib ki, aparat artıq “ömrünü tapşırıb”. Neçə gündür həmin bankomatın işləməməsindən əziyyət çəkirik. Əvvəllər bankomat işləməyəndə BDU-nun

ərazisində olan bankomata üz tuturduq. İndi ora da buraxmırlar. Bilmirik nə edək. Bankomat bizə xidmət etməlidirsə, işləsin. İşləmirsə, yenisiylə əvəz etsinlər. Pensiyaçıyıq deyə, bizə normal münasibət göstərilməməlidir?! Elədirsə, işləməyən bankomatları da “pensiyaya” göndərsinlər”.

Nigar