Mehriban Əliyeva onu təbrik edənlərə təşəkkür etdi

18:38 27-08-2021 729

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İnstaqram hesabında paylaşım edib.

 M.Əliyeva sosial şəbəkə hesabında qeyd edib:

"Ad günüm münasibətilə təbriklərə, gözəl və xoş arzulara görə sizə səmimi-qəlbdən təşəkkür edirəm. Sizin diqqətiniz, qayğı və dəstəyiniz mənim üçün çox dəyərlidir. Sevginizə, səmimiyyətinizə, hörmətinizə və inamınıza görə çox sağ olun. Dərindən hiss etdiyim, məni ilhamlandıran və hər zaman mənə kömək olan qəlblərinizin istisini mənə bəxş etdiyiniz üçün hər birinizə minnətdaram. Ulu Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik diləyirəm. Qoy Uca Allah Azərbaycan xalqını və bizim doğma Vətənimizi qorusun!"