Tom Kruzun 140 minlik avtomobili oğurlandı

18:43 27-08-2021 369

“Çətin tapşırıq 7” filminin çəkilişləri üçün Britaniyanın Birmingem şəhərində olan Hollivud aktyoru Tom Kruzun 140 min dollarlıq BMV X7 avtomobili oğurlanıb.

Bu barədə “Sun” nəşri məlumat yayıb.

Məlumata görə, Kruzun mühafizəçisi avtomobili onun qaldığı otelin yanında saxlayıb. Oğrular maşının elektron kilidini xüsusi alət vasitəsilə qırıblar.

Polis elektron izləmə vasitəsilə avtomobili tapsa da, aktyorun avtomobilin yük yerində olan bahalı əşyaları oğurlanıb.

59 yaşlı aktyor hadisədən dəhşətə gəldiyini bildirib.