Ramin Bayramlının qohumu jurnalistlərə hücum etdi, villanı çəkməyə qoymadı –ANBAAN VİDEO

18:18 29-08-2021 297
Yenixeber.org: Jurnalistlər Bakının Badamdar qəsəbəsində, birinci massivdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlıya məxsus olduğu iddia edilən villadan çəkiliş etmək istəyiblər.
Bu zaman jurnalistlərə villanın tikintisinə nəzarət edən şəxs hücum edib.
Media nümayəndələrindən biri barmağından xəsarət alıb, digərinin də avadanlığına ziyan dəyib.
Jurnalistlərə hücum edən şəxs özünü Razim Bayramlı kimi təqdim edib və villanın ona məxsus olduğunu bildirib.
O, Ramin Bayramlı ilə qohum olub-olmaması ilə bağlı sualı cavabsız qoyub.