İlham Əliyev -Azərbaycan paralimpiyaçılarının qələbəsi münasibətilə növbəti paylaşım edib

18:28 28-08-2021 369

Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medallar qazanan Azərbaycan idmançıları ilə bağlı paylaşım edib.

Dövlət başçısının tviter hesabında bununla bağlı paylaşımında deyilir:

“Tokio-2020” Yay Paralimpiya Oyunlarında komandamızın qazandığı qızıl medalların sayı altıya çatmışdır. Bu münasibətlə növbəti qızıl medallar qazanmış Sevda Vəliyeva, Xanım Hüseynova və Hüseyn Rəhimlini səmimi qəlbdən təbrik edir və komandamıza yeni-yeni nailiyyətlər arzu edirəm!"