Sahil Babayev gözü tutulan xərçəng xəstəsinin pensiyasını kəsib - VİDEOFAKT

18:38 29-08-2021 432

Şirvan şəhər sakini Mürvət Həsənov ağciyər xərçəngi xəstəliyindən əziyyət çəkir. O, 11 ildir ki, pensiya alır.

MillətinSəsi.info bildirir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin “islahat”ları nəticəsində onun təqaüdü kəsilib.

Prezident İlham Əliyevə müraciət edən Mürvət Həsənov deyir ki, Milli Onkologiya Mərkəzində ona ağciyər xərçəngi diaqnozu qoyulub: “Mənim epikriz vərəqəmdə 1-ci mərhələ xəstəlik yazılıb. Şirvan əhər mərkəzi xəstəxanasının baş onkoloqu mənə bildirdi ki, nazirin qərarı var, bunu pensiya göndərə bilmərik”, – deyə şikayətçi bildirib.

Şirvan şəhər sakini Mürvət Həsənovun sözlərinə görə, onda şəkərli diabet xəstəliyi də aşkarlanıb, görmə qabiliyyətini itirib, hazırda işləyə bilmir: “Milli Onkologiya Mərkəzində deyildi ki, xərçəng metastaz vermədiyi üçün pensiya ləğv olunub. Bu da nazirin fikridir. Sahil Babayev xərçəngin dərmanını tapıb deyəsən, yoxsa pensiyamı kəsməzdi”.

P.S. Məqalədə qeyd edilən bütün faktlar mediada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.