31 saylı Kəlbəcər məktəbində müəllimlə direktor arasında "soyuq müharibə" davam edir

21:26 30-08-2021 333

Qəbələ rayonunda, Zarağan-2 köçkün şəhərciyində fəaliyyət göstərən 31 saylı Kəlbəcər məktəbində müəllimlə direktor arasında "soyuq müharibə" davam edir.

Belə ki, Təhsil Nazirliyinə yazılı müraciət edən, bir nüsxəsini də redaksiyamıza ünvanlayan Kəlbəcər rayon 31 saylı tam orta məktəbinin müəllimi Kamil İsmayılov müraciətində deyir:

"Azərbaycan Respublikası Təhsil Naziri Emin Əmrullayev cənablarına Kəlbəcər rayon 31-saylı tam orta məktəbin müəllimi İsmayılov Kamil Allahverdi oğlu tərəfindən göndərilən məktubunun bir nusxəsi də redaksiyamıza daxil olub. Həmin şikayət məktubunu olduğu kimi oxucuların nəzərinə çatdırırıq.

Hörmətli Nazir!

Qəbələ rayonu Zarağan-2 Köçkün şəhərciyində fəaliyyət göstərən Kəlbəcər rayon 31-saylı tam orta məktəbin ixtisasca inşaatcı olan direktoru Namiq Rəcəbovun qanunsuz əməlləri barədə mövcud faktları sizlərə çatdırmaq istəyirəm.

Namiq Rəcəbov 2001 - ci ildə İnşaat Mühəndisləri Universitetini qurtaraq həmin ildən Qəbələ peşə məktəbində təlim ustası kimi fəaliyyətə başlamışdır.

Peşə məktəbindəki fəaliyyəti 2001-2003 - cü illəri əhatə edir. Peşə məktəbində işləyə-işləyə Kəlbəcər rayon 31-saylı tam orta məktəbinin (2001-2002 - ci illəri əhatə edən guya həmdə Kəlbəcər rayon 31-saylı tam orta məktəbində müəllim işləyib) saxta arayışı nəticəsində Gəncə Müəllimlər İnstitutunda 2002 - 2003 - cü illərdə əyani ixtisasartırma kursundan kecərək, riyaziyyat və informatika ixtisasi  müəllimi diplomu əldəetmişdir.

Eyni vaxtda iki yerdə işiləmək və 180 km uzaqlıqda yerləşən şəhərdə əyani kursdan keçmək, bu üç hala mümkündürmü? Məktəb direktorunun digər qanunsuz əməllərini aşağıda sıra ilə təqdim etmək istəyirəm.

1. 7 nəfər texniki işçiyə bilərəkdən 20%artıq əməkhaqqlarının verilməsi.

2. MiQ-lə göndərilən müəllimlərin bəzilərinə düşmədiyi halda qanunsuz N (1)kompensasiyasın ın verilməsi.

3. Ali təhsilli və təcrübəli müəllimlərin əlindən sinif rəhbərliklərin alıb, təcrübəsiz, kollec qurtaran müəllimlərə satılması.

4. Təcrübəli müəllimlərin dərslərinin alınıb, vakansiya ilə gələn müəllimlərə ikiqat (vakant dərs saatlarından əlavə) dərslərin verilməsi,digər ixtisas müəlliminin stavkası tam olmadığı halda.

5. 10 Sinif otağı olduğunu halda 12 sinif komplektinin bir növbədə necə dərs keçməsi.

6. Siniflərin ölçüləri, məktəbin ümumi sahəsi imkan vermədiyi halda artıq ştatların buraxilması.

7. Dərnək və əlavə məşğələlərin keçilmədən (yalnız jurnal yazmaqla) pullarının mənimsənilməsi.

8. Evdətəhsilə cəlb edilmiş şagirdlərə dərslərin keçilməməsi, şagirdin hətta fənn müəllimlərini tanımaması və onların dərs saatlarına ayrılan vəsaitin direktor tərəfindən mənimsənilməsi.

9. Evdətəhsilə cəlb olunmuş uşağın nitq qabiliyyətinin olmamasi, danışa bilməməsi, 5-ci  sinifdə oxumağına baxmayaraq, yazmağ, oxumağı bacarmır, müəllimləri belə tanımır. Belə uşaqlar yalnız xüsusi təhsil müəssisəsində təhsil ala bilər.

10. Dərnək və əlavə məşğələlərin, evdətəhsilə ayrılmış vəsaiti direktorun büdcəsinə aid  olması və həmin vəsaitin hər ay regiona çatması.

11. Pedaqoji fəaliyyətlə məşğul olan bəzi işçilərin heç bir şəraitinin olmaması və  rəhbərliklərin düzgün aparılmaması, buna baxmayaraq onlara vəsaitin  ödənilməsı.

12. Saxtadiplomlu şəxslərin müəllim kimi fəaliyyətləri

13. Yerli məktəbin 150-200 metr məsafədə yerləşməyinə baxmayaraq, sinifin təşkili üçün yerli şagirdlərin məktəbə qəbulu.

14. Müəllimlərin stavkası tam olmadığı halda direktor və müavinlərin istədikləri qədər dərs saatlarının aparılması və s. yazmaqla qurtarası deyil.

15. Dərs saatlarının direktorun maraqlarına uyğun bölünməsi.

Hörmətli Emin Əmrullayev, məktəbin direktoru Namiq Rəcəbov haqqını tələb edən müəllimləri dərs saatlarını, sinif rəhbərliyini əlindən almaqla, töhmət verməklə, ən sonda məhkəməyə verməklə cəzalandırır.

Hal-hazırda 3 nəfərin məhkəməsi davam edir. Müəllim və texniki işçilərin günləri məhkəmələrdə keçir. Direktorun saxta əməlləri barədə mövcud faktları aşkarlayıb dövlət orqanlarına rəsmi olaraq məlumatlar verdiyim üçün oktyabrın 10-u 2020- ci ildə bir anda pedaqoji şura təşkil edib,  dərs keçdiyim 6-cı sinifdə dərsi dayandıraraq məni
iclasa cağırtırıb, mənə töhmət vermiş, 5 saat dərsimi və sinif rəhbərliyimi əlimdən alıb bir gün belə pedaqoji stajı olmayan müəllimə vermişdir.

Bir iclasda üç cəza vermək nə dərəcədə doğrudur? Bu da inşaatcı direktorun Əmək Məcəlləsindən, təhsil qanunundan xəbəri olmadiğından xəbər verir.İndiyə qədər, 9 ay ərzində onlarla sizə müxtəlif üsullarla məlumatlar verməyimə baxmayaraq, indiyədək heç bir münasibət bildirən olmamışdır, çünki direktor dövlət orqanlarına rəsmi olaraq bizim barəmizdə yanlış məlumatlar verməklə məşğuldurlar.

Hörmətli nazir,

Xahiş edirəm direktorun bu qanundankənar, xoşagəlməz əməlləri araşdırılsın və lazımi tədbirlər görülsün."

Yeri gəlmişkən onu da qeyd edək ki, Kamil İsmayılov redaksiyamıza bildirib ki, Təhsil Naziri Emin Əmrullayev ilə online görüşüb, bütün qeyd olunan narazılıqlarını şəxsən nazirin özünə də deyib.

Nazir Emin Əmrullayev məsələni nəzarətə götürəcəyinə və lazımi tədbirlər görülməsi üçün müvafiq göstərişlər verəcəyinə söz verib. Lakin, hələ də Təhsil Nazirliyindən mövcud məsələyə heç bir reaksiya yoxdur.

Sözügedən məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə Kəlbəcər rayon 31 saylı tam orta məktəbinin direktoru Namiq Rəcəbov ilə telefon əlaqəsi saxlamağa çalışsaq da bu mümkün olmadı.

Qarşı tərəfində münasibətin dərc etməyə hazırıq.

Azər Mətin

 milletinsesi.info