Şirvan şəhər 3 saylı uşaq baxçasında rüşvət qalmaqalı – İDDİA

16:40 31-08-2021 486

Şirvan şəhər 3 saylı Yasəmən uşaq bağçasında valideynlərdən rüşvət alınması barədə xəbərlər yayılıb.

Busaat.az saytı adı çəkilən uşaq bağçası ilə bağlı redaksiyamıza daxil olan şikayət məktubunu olduğu kimi təqdim edir:

“Baxçanın müdiri Elmira Səfərova uşaq qəbulu üçün valideyinlərdən 200 manat rüşvət alır. Hər ay isə hər bir valideyindən 15-20 manat pul yığır.

Baxçada çalışan müəllimələrdən biri Baş Prokrorluğa məsələ barədə şikayət ünvanlayıb. Prokurorluq gəlib araşdırma aparsa da bir nəticə olmayıb. Yenidən prokurorluğa şikayət olunub və araşdırma aparılıb. Valideyinlərə təzyiq göstərilib ki, Elmira Səfərovadan şikayətçi olmasınlar.Şikayəti olanları isə izahat verməyə imkan verməyiblər.”

P.S. Məqalədə qeyd edilən bütün faktlar mediada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.