“Azərsu”da nələr baş verir?

10:41 01-09-2021 432
Paralel.az a etibarlı məmbədən daxil olan məluma görə, dövlətin Gəncə şəhərinin abadlığı üçün ayırdığı pullar “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovun ortaqlığı ilə mənimsənilib.
Adıgedən məsələ ilə bağlı ayrılmış 20 milyon manat vəsait əvvəlcə beynəlxalq maliyyə qurumlarının dəstəyi ilə Gəncə şəhərində müəyyən abadlıq və quruculuq işlərinin həyata keçirilməsinə sərf edilib. Daha sonra, vəsaitin yerdə qalanını “silmək” üçün “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov özünəməxsus şəkildə plan hazırlayıb.
O, beynəlxalq maliyyə qurumlarının dəstəyi ilə həyata keçirilmiş layihələri göstərməklə küllü miqdarda pul vəsaiti “silib”. Daha dəqiq desək, tamamilə fərqli maliyyə mənbəyi hesabına görülmüş işləri guya ayrılmış 20 milyon manatın hesabına görülüb kimi göstərərək rəsmiləşdirib.  
 
Bu işlərin həyata keçirilməsini isə müxtəlif şirkətlərin vasitəsilə həyata keçirib. Belə ki, pul vəsaiti əvvəlcə o şirkətlərin hesabına köçürülüb, sonra nağdlaşdırılaraq lazımi ünvanlara çatdırılıb.
 
P.S. Qeyd olunan faktlar mediada dərc edilib, lakin təkzib edilməyib. Paralel.az saytı olaraq, yazıda adı gedən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
 
Züleyxa