Borcu 10 min manatı keçən lift - VİDEO

12:55 01-09-2021 639

Paytaxtın Yeni Yasamal qəsəbəsi Məhəmməd Xiyabani 20 ünvanında yaşayan bina sakinlərinin şikayəti hər ay liftdən istifadə üçün nəzərdə tutulan məbləği ödəmələrinə baxmayaraq, yığılan borca görə liftin tez-tez fəaliyyətinin dayandırılmasıdır. 

Sakinlərin şikayəti ilə bağlı binanın Mənzil-Tikinti Kooperativinin sədri Şakir Manafov şifahi şəkildə bildirib ki, 2010-cu ilədək bina sakinləri hər mənzildən bir manat olmaqla “Baklift”ə ödəniş ediblər. Lakin 2019-cu ildə liftlər özəl şirkət tərəfindən yenilənənə qədər “Azərişıq” ASC-yə heç bir ödəniş olunmadığından binanın son 11 ildə 10 min manatdan çox borcu yığılıb. 

Kooperativ sədrinin sözlərinə görə, Yasamal rayon Enerji Satışı və Təchizatı İdarəsinə onlar üçün ödəmə qrafiki təyin etmələri barədə müraciət edib. Şakir Manafov həmçinin qeyd edib ki, ödəmə qrafiki hər mənzilin liftdən istifadə intensivliyinə görə qurulacaq.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: