Peyvənd olunmaq istəyən kişi poliklinikanın şüşəsini sındırdı, həkimlər yaralandı - VİDEO

12:57 01-09-2021 297

Bakı şəhərində fəaliyyət göstərən 7 saylı Şəhər Poliklinikasında vaksinasiya prosesində gərginlik yaşanıb. Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, arvadı ilə vaksinasiya növbəsinə gələn kişi poliklinikanın qapısını sındırıb. 

Səhiyyə Nazirliyindən Milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ötən gün axşam saat 18:40 radələrində baş verib:

“Növbədə dayanan vətəndaşlardan bir neçəsi sosial məsafənin qorunması üçün növbəli şəkildə tibb müəssisəsindən içəri buraxılır və qapı bağlanır. Həmin şəxs və həyat yoldaşı poliklinikanın qapısını sındıraraq içəri daxil olub və 3 həkimə xəsarət yetirib”.

Qurumdan qeyd edilib ki, faktla bağlı artıq hüquq mühafizə orqanlarına rəsmi müraciət olunub.

İlhamə Əbülfət