Sumqayıtda yeni asfaltlanan yolu qazdılar, iş yarımçıq qalıbmış -FOTO

14:31 01-09-2021 252

Sumqayıtda Sərvər Bədəlbəyli və Bakı küçələrinin kəsişməsində yeni asfalt örtüyü döşənən yol yenidən qazılıb.
Yol Sumqayıt Sukanal İdarəsi tərəfindən  kanalizasiya borularının dəyişdirilməsi səbəbilə qazılıb. 
İdarənin baş mühəndisi Mahir İmanov məsələyə belə aydınlıq gətirib: "Təyin olunan layihə üzrə iş tam başa çatdırılmamışdı. Lüdviqshafen parkı ərazisində aparılan işlər zamanı qrunt suları səbəbilə layihəni tamamlamaq mümkün olmadığından iş dayandırıldı. Yeni layihə hazırlanaraq, rəhbərliyin təlimatıyla hazırda yeni layihə üzrə işlər davam etdirilir. Yaxın müddətdə başa çatdırılacaq".