Türkiyə - Yunanıstan müharibəsi ehtimalı: “Qərb tərəf tutmayacaq”

15:09 01-09-2021 405

Aleksandr Rar: “İndiyədək NATO tərəflərə deyirdi ki, sizin düşmənçiliyiniz SSRİ-nin əlinə fürsət verəcək”

Engin Özer: “Türkiyənin Aralıq dənizində təbii qaz mənbələrinin axtarışına yenidən başlamaq niyyəti var”

 “24tv.ua” nəşri xəbər verir ki, Türkiyənin Yunanıstanı müharibə ilə hədələyib. “Səbəb yunan adalarının suverenliyi və Yunanıstanın Egey dənizindəki ərazi sularını genişləndirmək istəyi ilə əlaqəlidir. Türkiyə yunan adalarının suverenliyi ilə bağlı mübahisə edir”, - deyə Yunanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Yunanıstanın xarici işlər naziri Nikos Dendias Türkiyənin yunan adalarının suverenliyi və suveren hüquqları ilə bağlı qərara etiraz etdiyini deyib. Onun sözlərinə görə, Yunanıstan beynəlxalq hüquqa uyğun olaraq, apellyasiya şikayəti olmadan onlara sahibdir.

"Türkiyə bütün hüquq normalarını pozaraq, Yunanıstan bu adaların ərazi sularını genişləndirmək üçün ayrılmaz hüququndan istifadə edərsə, ona qarşı müharibə təhdidi etdi", - deyə o bildirib və "biz dünyada başqa bir ölkəyə qarşı müharibə təhlükəsi ilə qarşılaşan yeganə ölkəyik" deyə əlavə edib.

 

Söhbət Yunanıstanın Egey dənizindəki ərazi sularının 6-dan 12 dəniz milinə qədər genişləndirilməsindən gedir. Lakin Türkiyə 1995-ci ildə Yunanıstanın ərazi sularını 12 milədək genişləndirməsinə icazə verən Dəniz Qanunu Konvensiyasını imzalamayıb. Daha sonra Türkiyə artıq suların genişlənməsini müharibə elan etmək üçün bir bəhanə olaraq görəcəyini bəyan edib.

Buna görə də Yunanıstan Konvensiyanı imzalasa və Egey dənizində 12 mil məsafəni iddia etsə də, münaqişə yaratmamaq üçün əslində 6 mil ilə razılaşıb.

Maraqlıdır, Türkiyənin onu müharibə ilə təhdid etdiyini iddia edərkən, Yunanıstan indi nə qədər ciddidir? İndiki vəziyyətdə Ankaranın planları belə ola bilərmi? Egey dənizində, materik Türkiyənin sahillərindən (Kiçik Asiya yarımadası) son dərəcə kiçik bir məsafədə yerləşən bir çox yunan adası olduğunu nəzərə alsaq, Afina niyə bu mövzunu ümumiyyətlə qaldırır?

 

Suallarımızı tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

 

Almaniyalı politoloq, “Welt Trends” Beynəlxalq Siyasət İnstitutunun professoru Aleksandr Rar:

Александр Рар: «Азербайджан привлек на свою сторону многих европейских  политиков» - эксклюзив — Haqqin

“Egey dənizində ərazi mübahisəsi əvvəllər də var idi, amma böyümürdü. Yunanlar və türklər Kipr münaqişəsindən sonra düşmənçilik içində yaşadılar, lakin ortaq NATO üzvlüyü onları birbaşa konfliktdən geri çəkirdi. NATO-da onlara iki NATO üzvü arasındakı bu cür düşmənçiliyin yalnız Qərbin əsas düşməni olan SSRİ-nin əlinə fürsət verəcəyi söylənilirdi.

 

Üstəlik, Türkiyə də Yunanıstanın uzun müddət olduğu Avropa Birliyinə (AB) can atırdı. Türklər Yunanıstanla münaqişəni kəskinləşdirmək istəmirdilər.

 

Bu gün hər şey dəyişdi. NATO yavaş-yavaş olsa da, dağılır. Türklərin artıq NATO-ya ehtiyacı yoxdur, NATO-dan asılı olmayaraq Rusiya, İran və Azərbaycanla lazım olan yerlərdə öz birbaşa əlaqələrini qururlar.

 

Bundan əlavə, Türkiyə AB-nin onu qapının ağzında gözlədərək, illərlə yola verdiyini başa düşdü. Türkiyə AB olmadan Avrasiyaya da öz yollarını axtarır.

 

Və son məqam. Aralıq dənizində geoloqlar böyük təbii qaz ehtiyatları tapdılar. İqtisadiyyatını qazlaşdırma üzərində yenidən quran Türkiyə üçün öz sahilinə yaxın mənbələr böyük bir perspektivdir. Münaqişələr artacaq, amma yunanlar NATO və AB-dən dəstək almayacaqlar. Qərb Yunanıstan və Türkiyə tərəfində olan ölkələr arasında bölünüb”.

 

Türkiyəli politoloq, Ankara-Moskva ekspert-analitik şəbəkəsinin aparıcı mütəxəssisi Engin Özer:

Энгин Озер: Турция скоро начнет экспортировать оружие

“Bu 12 mil barədə olan mövzu ümumiyyətlə çox köhnədir. Egey dənizindəki adalar Türkiyəyə də aiddir. Türkiyə Yunanıstanla hər hansı bir problemi olanda bu məsələni vaxtaşırı qaldırır.

 

Düşünürəm ki, yaxın gələcəkdə Türkiyə Aralıq dənizi və Egey dənizlərində təbii qaz yataqlarını tapmaq üçün kəşfiyyat işlərinə yenidən başlayacaq. Qeyd etmək lazımdır ki, son dörd ay ərzində Türkiyə bu istiqamətdə xüsusi fəallıq göstərmədi. Bu səbəbdən yenidən Yunanıstana təzyiq rıçaqlarından istifadə etmək üçün adalar probleminə qayıtdıq. Situasiya mənə belə görünür.

 

Amma Yunanıstanla Türkiyə arasında heç bir müharibə real deyil. Afinanın da bəzən "Türkiyədən artan təhlükə", Ankaranın isə dəniz ərazilərindəki hüquqlarını qorumaq mövzusunu qaldırması lazımdır. Bu, belə qarşılıqlı bir oyundur və nə birinci, nə də sonuncudur. Bu halda, indi düşünürəm ki, bu ritorika Türkiyənin Aralıq dənizində təbii qaz mənbələrinin axtarışına yenidən başlamaq niyyəti ilə bağlıdır. Başqa mövzu yoxdur.

Onu da əlavə edim ki, son zamanlar Yunanıstan cəmiyyəti və xüsusilə də onların hərbi mütəxəssisləri Türkiyənin dronlardan başlayaraq gəmilərə qədər hərbi-texnoloji sahəsini fəal şəkildə inkişaf etdirməsindən çox narazı qalıblar. Türkiyə bu yaxınlarda Almaniyadan yeni sualtı gəmilər alıb. Və yunan ordusu dövləti müdafiə sektoru üçün xəzinədən daha çox vəsait əldə etmək üçün vaxtaşırı belə bir təlaş qaldırır. Bu məqam da ortadadır”.(AYNA)