Piyadaların təhlükəsizliyi qorunmur

16:24 01-09-2021 495

Bakı sakinləri paytaxtın Nizami rayonu, Qara Qarayev-61 küçəsi ilə Rüstəm Rüstəmov-56 küçəsi arasındakı piyada zolağında daim təhlükə ilə üzləşir. Səbəb də piyadalar üçün nəzərdə tutulmuş zolaq ərazisində maşınların sürətli hərəkətidir. Həmin ərazidən gündəlik istifadə edən insanlar deyir ki, bu yolda daim təhlükəli hadisələr baş verir: “Neçə dəfə olub ki, sürətlə hərəkət edən maşınlar piyadanı vursun, xəsarət yetirsin. Əslində, bu ərazidə svetofor qoyulmalıdır ki, piyada zolağından istifadə etmək də mümkün olsun. Lakin bu olmadığından, biz sonsuz əziyyət çəkirik. Bu küçədən keçən avtomobillər üçün insan faktoru yoxdur. Təhlükə o həddə çatıb ki, biz hansı yaşda olmağına baxmayaraq, evdən çıxan övladlarımıza həmin yolda hərəkət edən maşınlar uzaqda olarkən küçəni qaça-qaça

keçməyi tapşırırıq. Yoxsa ki, bədbəxt hadisə qaşla-göz arasında baş verir. Piyadalar üçün zolaq varsa, sürücülər onu nəzərə almalıdır. Amma sürücülərin həmin ərazidə piyadalara görə maşını saxlamaq, yol vermək fikri yoxdur. Bu məsələ əlaqədar idarələrin diqqətinə çatdırılmalıdır ki, təxirəsalınmaz tədbirlər görsünlər”.

Nigar