Erməni ekspert təcavüzkar tərəf olduqlarını etiraf etmir

16:27 01-09-2021 486

 “Orbeli” Analitik Araşdırmalar Mərkəzinin eksperti Taron Ovannisyan hərbi təcavüzün heç bir əsaslandırmaya malik olmadığını deyib. Ekspertə görə, beynəlxalq hüququn norma və prinsipləri, “ATƏT-in Minsk Qrupunun təmsil etdiyi beynəlxalq səviyyədə tanınmış danışıqlar formatı mövcud olduğu üçün Azərbaycana Dağlıq Qarabağ məsələsini güc yolu ilə həll etmək hüququ və ya icazəsi verməyib”. Sitat: “Beynəlxalq hüquqda münaqişələrin güc yolu ilə həllinə icazə verən belə bir norma yoxdur. Bu, İkinci Dünya Müharibəsindən sonra formalaşan mövcud dünya nizamında rədd edilir”. O, beynəlxalq hüquq normalarının bütün münaqişələri sülh yolla həll etdiyini deyərək, məsləkdaşları kimi,

bizi günahlandırmaqdan da qalmayıb: “Müharibəni özlərinin başladıqlarını açıq şəkildə söyləmək istəmirlər, çünki təcavüzkar tərəflərdir. Beynəlxalq hüquq təcavüzkarları sevmir”. Ekspert beynəlxalq öhdəliklərin yerinə yetirilməsini təmin edəcək, “Azərbaycan tərəfinin hərbi istəklərini məhdudlaşdıran beynəlxalq praktik mexanizmlərin olmadığına” da təəssüf edib: “Bu, Azərbaycanın 2020-ci il təcavüzünü həyata keçirməsinə və əslində, cəzasız qalmasına imkan verib”.

Paralel.az