Paytaxtın mərkəzindəki evlər baxımsız qalıb

16:29 01-09-2021 549

Paytaxtın Hüseyn Cavid prospekti 171-187 ünvanından narazılıq var. Əslində, həmin ünvanda neçə illərdir ki, yaşayış yoxdur. Həmin ərazidə yaşayan sakinlərin söylədiyinə görə, sözügedən ünvandakı bir neçə evi hansısa şirkət alaraq bina tikmək istəyib. Lakin sonradan bu işi həyata keçirə bilmədiyindən, həmin ünvandakı evlər hazırda çox bərbad vəziyyətə düşüb. Qonşuluqda yaşayanlar baxımsız, uçuq vəziyyətə düşən evin siçan-siçovul yuvası olduğunu, bundan da əziyyət çəkdiklərini deyirlər: “Həmin evləri nə hansısa şirkət, nə də dövlət boynuna götürüb abadlaşdırır. Biz birbaşa prospektə baxan bu evlərin yiyəsiz qalmasından, bərbad vəziyyətindən narahatlıq keçiririk. Kimsə buna bir əncam çəksə, yaxşı olar”.

Nigar