Mehriban Əliyeva Paralimpiya Oyunlarındakı uğurlarımızla bağlı paylaşım edib - FOTO

17:42 01-09-2021 603

Bu gün Paralimpiya Oyunlarında Azərbaycan 11-ci qızıl medalını qazanıb.

Bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva öz “Instagram” profilində paylaşım edib.

Paylaşımda deyilir: 

“İdmançımız Vəli İsrafilov “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti, 11-ci qızıl medalı qazandırdı. Azərbaycanın paralimpiya rekordunu yeniləmiş ən gənc çempionunu səmimi-qəlbdən təbrik edir, milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram”.