“Vışıbala”nın öldürdüyü şəxs haqda yeni bilgilər

23:20 01-09-2021 468

Qətlə yetirilən Vüqar Mustafayev uzun müddət Ukraynanın Azərbaycandakı səfirliyinin əməkdaşı olub

Bakının Xocalı prospektində yerləşən “Berlin Pub”da baş verən qətlin yeni təfərrüatları bəlli olub. “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, hadisə baş verən gün 1981-ci il təvəllüdlü Vüqar Mustafayev şəpitdə bara gəlib.

Həmin vaxt mühafizəçi Orxan Şahbazov Vüqar Mustafayevin qarşısını kəsib, ona şəpitdə bara daxil olmağa icazə verilmədiyini bildirib. Bu zəmində Vüqar Mustafayevlə Orxan Şahbazov arasında mübahisə yaranıb. Mühafizəçi Vüqar Mustafayevi sakitləşməyə dəvət etsə də, sonuncunun ağır söyüşlərindən və əl-qol atmasından sonra vəziyyət bir qədər də gərginləşib. Mühafizəçi ona hücum edən Vüqar Mustafayevə qarşılıq verib, onu yumruqla vurub. Aldığı zərbələrdən sonra yerə yıxılan Vüqar Mustafayevi bir qədər sonra xəstəxanaya aparıblar. 

Klubda müştərini döyərək öldürən şəxs məşhurların mühafizəçisi imiş

Orxan Şahbazov

Prokurorluq “Berlin Pub”da məşhur idmançının müştərini döyərək öldürməsi hadisəsi ilə bağlı məlumat yayıb. Həmin məlumatda deyilir ki, avqustun 30-da saat 08:10-da 1980-ci il təvəllüdlü Vüqar İlham oğlu Mustafayev aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İstintaqla müəyyən edilib ki, avqustun 29-da 21 radələrində “Berlin Pub”da mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Orxan Rəhman oğlu Şahbazovla aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirib.

Nəticədə sonuncu aldığı xəsarətlərin təsiridən ölüb. Orxan Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Qeyd edək ki, Orxan Şahbazov uzun illər fitness-məşqçi kimi fəaliyyət göstərib. 

Berlin PUB”da qətlə yetirilən Vüqar Mustafayev bu vəzifəli şəxsin oğludur –  FOTO » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Sosial şəbəkələrdə yayılan məlumatlardan belə aydın olur ki, o, bir sıra məşhur simaların özəl mühafizəçisi olub. Həmçinin Rusiyada yaşayan məşhur bloger Hüseyn Həsənovun Bakıya səfəri zamanı onun təhlükəsizliyinə cavabdeh olub.  Qətlə yetirilən Vüqar Mustafayev isə uzun müddət Ukraynanın Azərbaycandakı səfirliyinin əməkdaşı işləyib.

Onun atası İlham Mustafayev Təhsil Nazirliyində 21 il  Ali və orta ixtisas təhsili idarəsinin rəisi, daha sonra isə Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini işləyib. İlham Mustafayevin  mediada adı restoranlar “kralı” kimi də hallanır.

Məlumatlara görə, Şıxov çimərliyi yaxınlığında “Qızıl Balıq” restoranı fəaliyyət göstərir. Onun Bakıda daha bir neçə restoran və bahalı kafelərinin olduğu da verilən məlumatlar sırasındadır. Bunlardan başqa, İlham Mustafayevin paytaxtda 2 çay evi, maşın təmiri sexi, Gürcüstanda villası, restoranları fəaliyyət göstərir.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.