Azərbaycanda DƏHŞƏT: Fiziki zorakılığa məruz qalan ana və övladı öldü

20:40 02-09-2021 252

Səbail rayonunda dəhşətli ailə faciəsi baş verib. Hadisə Badamdar qəsəbəsində qeydı alınıb.

Badamdar qəsəbəsində yaşayan Aytən Niftəliyeva və onun 1 yaşlı qızı Tahirə Niftəliyeva 4-cü mərtəbədən düşərək ölüb.

Yeniavaz.com xəbər verir ki, 1997-ci il təvəllüdlü Aytən Niftəliyevanın anası Mehriban Süleymanova və qardaşı Ceyhun Süleymanov APA-ya bildirib ki, hadisə avqustun 30-da baş verib.

A.Niftəliyeva ilə həyat yoldaşı Rəhman Niftəliyev arasında mübahisə düşüb.

Yaxınlarının dediyinə görə, mübahisə zamanı R. Niftəliyev həyat yoldaşını döyüb: “Bununla yanaşı, qayınatası İlqar Niftəliyev və qayınanası Təranə Niftəliyeva da qızımıza işgəncə verib. Rəhman qucağında 1 yaşlı qızcığaz olan qızımız 4-cü mərtəbənin eyvanına çıxararaq orda döyüb. Bu zaman uşaq ananın qucağından yerə düşüb. Ana isə öz körpəsinin arxası ilə özünü yerə atarkən Rəhman və qayınatası bunun qarşısını almaq üçün heç nə etməyib. Nəticədə Aytən də 4-cü mərtəbədən yerə düşüb”.

Yaxınlarının sözlərinə görə, bütün bunlara səbəb isə A. Niftəliyevanın evdən əşyalarını götürərək getmək istəməsi olub.
1 yaşlı körpə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Aytən Niftəliyeva isə Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılıb. Huşu özünə gələn A. Niftəliyeva hüquq-mühafizə orqanın əməkdaşlarına ifadəsində bildirib ki, uşağı əri Rəhman əlindən vuraraq yerə salıb, onu isə Rəhmanla yanaşı, qayınatası İlqar da döyüb.

Həkimlərin səyinə baxmayaraq, A. Niftəliyeva da bu gün səhər dünyasını dəyişib.
Rəhman Niftəliyev hadisə vaxtı evin digər otağında olduğunu, hadisədən isə xəbərsiz olduğunu deyib.
İlqar Niftəliyev və Təranə Niftəliyeva isə qapı arxasından məlumat vermək istəmədiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb.

“Azərbaycanda gənc ana fiziki zorakılığa məruz qalıb”. Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

Onun sözlərinə görə, avqustun 30-da Niftəliyeva Aytən İlham qızı övladı Niftəliyeva Tahirə Rəhman qızı ilə birlikdə əri Niftəliyev Rəhman İlqar oğlu tərəfindən zorakılığa məruz qalıb:

“Nəticədə 1 yaş yarımlıq körpə anası ilə bərabər ailəyə məxsus üç mərtəbəli şəxsi binanın başından yerə yıxılıb və Tahirə balamız yerindəcə dünyasını dəyişib. Anası isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib”.

Qeyd edək ki, sosial şəbəkələrdə Aytən Niftəliyevanın artıq vəfat etməsi barədə məlumat yayılıb.