Ramsin Abdullayev bir şəxsə məxsus iki MMC ilə işbirliyi qurdu- İDDİA

21:07 02-09-2021 297

Dövlət qurumları arasında fəaliyyətlərindən daha çox narazılıq olunanlar sırasında son zamanlar Bakı şəhərində, Mənzil Kommunal Təsərrüfat Birliklərinin də adı tez-tez hallanır. Üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməyən bu birliklərin fəaliyyətlərinin dayandırılması barədə cəmiyyətdə müxtəlif fikirlər səsləndirilir, vətəndaşlar arasında daha çox narazılıqların baş verdiyi bir sistem kimi qiymətləndirilir.

Aktualinfo.org Nizami rayonu ərazisində baş verən bir çox problemləri özündə əks etdirən şikayətlərlə mütəmadi olaraq yazılar dərc edib. Redaksiya sakinlərin haqlı narazılıqlarını bir müddət öncə də geniş ictimaiyyətin diqqətinə çatdırmışdı. Bu gün Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Ramsin Abdullayevin rayon ərazisində gördüyü və görməli olduğu işlər sakinləri qane edirmi?

Rayon ərazisindəki binaların zirzəmilərinə aylarla baxılmır, küçə və səkilərdə, xüsusilə də, 8km bazarı ətrafında natəmizlik dözülməz həddə çatıb.

“Neftçilər” Metrostansiyasının ətrafında və Bəhruz Nuriyev küçəsində yol boyu tikilən ticarət obyektləri vətəndaşların gediş-gəlişi məhdudlaşdırılır,ərazidə demək olar hər ay yeni ticarət obyektləri istifadəyə verilir. NZS və UPD deyilən ərazilərdə də baxımsızlıq baş alıb gedir, boş torpaq sahələrində yeni obyektlər tikilir.Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat olmadığından Ramsin Abdullayev bu gün sakinlərin problemlərinin həllindən daha çox, şəxsi maraqları üçün çalışır. Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsini icra etmək əvəzinə rayonda abadlıq işlərinin aparılması üçün ayrılmış dövlət vəsaitlərini təyinatından kənarlara yönəltməklə məşguldur. Həm də rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin keçirdiyi tender prosedurlarının nəticələrini ictimaiyyətdən gizlətmək yolu ilə.

Bu mövzuya xüsusi olaraq növbəti yazıların birində qayıdacaq və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin də bu məsələyə münasibətini öyrənməyə çalışacağıq. Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçirdiyi tenderlər qanunda göstərildiyi kimi nə üçün açıq şəkildə aparılmır? Ona görə ki, Birliyinin keçirdiyi bütün tender prosedurlarında saxtakarlıqlara yol verilir. İki gün əvvəl keçirilmiş tenderlərdə olduğu kimi.

Qeyd edək ki, Birlik tərəfindən nəqliyyat vasitələrinin cari təmir xərclərinin (ehtiyyat hissələrinin) satınalınması üzrə keçirilmiş müsabiqədə 68 409 manat məbləğində satınalma müqaviləsi 31.08.2021-ci il tarixdə “BARSEL” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BARSEL”  Məhdud Məsuliyyətli Cəmiyyətinin  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində 29.03.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı  SUMQAYIT ŞƏHƏRİ, 13 MKR, ev 22B, m. 25, qanuni təmsilçisinin isə Mustafayev Orxan Elsevər oğlu olduğu göstərilir. Qalibi olduğu bağqa bir tenderdə MMC abadlaşma və təmir işləri apardığı əlli olur.

Dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə keçirilmiş müsabiqədə 58 768.32 manat məbləğində satınalma müqaviləsi 31.08.2021-ci il tarixdə “YUVENT”  Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “YUVENT” Məhdud Məsuliyyətli Cəmiyyətinin  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində 29.03.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı  SUMQAYIT ŞƏHƏRİ, 13 MKR, ev 22B, m. 25, qanuni təmsilçisinin isə Mustafayev Orxan Elsevər oğlu olduğu göstərilir. Qalibi olduğu bağqa bir tenderdə MMC təmir işləri apardığı əlli olur.

Dövlət reyestrinin məlumatlarından göründüyü kimi hər iki MMC eyni gündə, Sumqayıt şəhərində dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçiləri də bir nəfərdir. MMC-lər iştirakçısı olduqları tenderlərdə fərqli işlər üçün sifariş alıblar. Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçirdiyi tenderlərdə isə başqa. Bu MMC-lərin ixtisas göstəricilərinə şübhə doğurmaya bilmir. Bir nəfərə məxsus iki MMC-nin bir gündə, bir qurumun keçirdiyi tenderlərin qalibi olmasına gəlincə.

Heç kim deməsin ki, xəbərimiz olmur, tenderlər elektron qaydada keçirilir. Burada gizli bir işbirliyi olmasa, yəni Ramsin Abdullayev əvvəlcədən Orxan Mustafayevlə razılaşmasa bu satınalma baş tutmazdı. Razılaşmanın detallarını isə onlar da yaxşı bilirlər?

P.S. Məqalədə qeyd edilən bütün faktlar mediada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Mənbə Aktualinfo.org