Mehriban xanım Əliyeva Paralimpiya Oyunlarındakı uğurlarımızla bağlı paylaşım edib

21:35 03-09-2021 378

Bu gün Paralimpiya Oyunlarında Azərbaycan 12-ci qızıl medalını qazanıb.

Bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva öz “Instagram” profilində paylaşım edib.

Paylaşımda deyilir: 

“Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycanın qızıl medallarının sayı 12-yə çatdı! Paralimpiyaçımız Raman Salehi 3-cü medalını qazanması münasibətilə təbrik edirəm!

Azərbaycanı Paralimpiadada layiqincə təmsil edən milli yığmamıza səmimi-qəlbdən təşəkkür edir, bütün idmançılarımıza yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!"