Teymur Musayev QİÇS-lə Mübarizə Mərkəzinin direktor vəzifəsini icra edən Esmira Alməmmədovanı işdən çıxarıb

21:40 03-09-2021 351

Səhiyyə Nazirliyində kadr dəyişikliyi olub. 

Milletinsesi.info-ın məlumatına görə, bununla bağlı səhiyyə nazirinin birinci müavini Teymur Musayev əmr imzalayıb. 

Əmrə əsasən, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor vəzifəsini icra edən Esmira Alməmmədova vəzifəsindən azad olunub.

E.Alməmmədova öz ərizəsi ilə vəzifəsindən uzaqlaşdırılıb. 

Onun yerinə Famil Məmmədov təyin olunub. 

Səhiyyə Nazirliyindən məlumatı saytımıza təsdiq ediblər.