500-dən çox sakinin yolunu kəsən tikili – VİDEO

21:47 03-09-2021 342

Binəqədi rayonu 7-ci mikrorayonu, Fərman Məlikov küçəsi 3D ünvanında sakinləri bildirir ki, ərazidə naməlum şirkət tərəfindən qanunsuz tikinti işləri gedir. 

Sakinlər deyib ki, bu ərazidə belə hallar dəfələrlə baş verib. Onların əsaslı şikayətləri əsasında bu tikintilər dayandırılıb. Lakin bir həftədir ki, tikinti işləri yenidən bərpa edilib. 

Şirkət nümayəndələri Baku TV əməkdaşlarına bildirib ki,  heç bir qanunsuz tikintidən söz gedə bilməz. Onlar tikinti üçün lazımı orqanlardan icazə alıb.

Daha ətraflı Baku TV-nin süjetində: