Əli Həsənovun oğlu məhkəmədən yayınmaq üçün şirkət rəhbərliyindən uzaqlaşdırılıb?

21:41 06-09-2021 288

Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli “Kaspi Global” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyindən uzaqlaşdırılıb.

Yeniavaz.com-un əldə etdiyi məlumata görə, vaxtı ilə Şamxal Həsənlinin rəhbərlik etdiyi “Kaspi Global” MMC-yə yeni rəhbər təyin olunub.

“Kaspi Global” MMC-nin yeni rəhbəri Kərimov Etiram Kərim oğludur.

Məlumat üçün bildirək ki, bu ilin may ayında “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Kaspi Global” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb. Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın icraatında olan məhkəmə prosesi müqavilə tələbinin yerinə yetirilməməsilə bağlıdır. Məhkəmə iddiasında “Kaspi Global” MMC-nin “Azərkosmos” ASC-yə borcunun olduğu bildirilir.

Onu da bildirək ki, 2011-ci ildə dövlət qeydiyyatına alınan “Kaspi Global” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Fikrət Əmirov, ev 1-də yerləşir və bu ünvanda Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun ailə üzvlərinə və qohumlarına məxsus çoxsaylı şirkət qeydiyyatdadır. “Kaspi Global” MMC-nin yeni direktoru Kərimov Etiram Kərim oğlu eyni zamanda “Kaspi TM” MMC-yə rəhbərlik edir.