Çəkisi 162 kiloqram olan qadın çarəsiz vəziyyətdə qalıb - VİDEO

11:50 08-09-2021 198

47 yaşlı Gülnarə Sadıqova 11 yaşlı qızı ilə Samux rayonunun Qarayeri qəsəbəsində ata evində yaşayır.

Qadının çəkisi 162 kq-dır. Müsahibimiz deyir ki, artıq çəkiyə görə iş qabiliyyətini tamamilə itirib.

Səhhətində yaranan ciddi problemlər üzündən azyaşlı övladını da arzuladığı kimi böyüdə bilmir. Hətta maddi çətinliklər səbəbindən uşaq orta məktəbə getməkdə belə çətinlik çəkir.

Şikayətçinin sözlərinə görə, aidiyyəti qurumlara müraciət etsə də, heç bir yardım ala bilmir.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, şikayətçi ilə bağlı səhiyyə müəssisəsinin elektron şəkildə göndərdiyi sənədlərdə yazılanlar ona əlillik təyin etmək üçün əsas verməyib.

Buna baxmayaraq, onun real vəziyyətini qiymətləndirmək, sağlamlığının əlillik qrupu təyin etməyə imkan verməsini yerində araşdırmaq üçün Regional Tibbi-Sosial Ekspert Komissiyasına əyani müayinə aparmaq barədə tapşırıq verilib.

Sabah keçiriləcək müayinədə onun real sağlamlıq durumu qiymətləndiriləcək və ona uyğun qərar veriləcək.

Daha ətraflı Baku TV-nin süjetində: