"Orbita" MTK piyada səkisini zəbt edib-FOTOFAKT

13:00 08-09-2021 342

Nizami rayonunda piyada səkisi tikinti şirkəti tərəfindən zəbt edilərək qanunsuz parklanma yeri təşkil olunub.

 Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat yayıb. 

O qeyd edib ki, Nizami rayonu Tofiq Abbasov küçəsində "Orbita" MTK müvafiq razlıq olmadan piyada səkisinin bir hissəsində avtomobillər üçün parklanma yeri təşkil edib:

 

“Nəticədə piyadaların rahat hərəkəti üçün ciddi maneə yaranıb, təhlükəsizlik səviyyəsi aşağı düşüb”.

 

M.Ağayevin sözlərinə görə, məsələ Agentlik tərəfindən nəzarətə götürülüb və müvafiq hüquqi tədbirlər görülür.