Korona virusi 27 dəqiqəyə müəyyən edən cihaz

18:08 08-09-2021 450

Bundan bizdə niyə yoxdur?

 Dünyada korona virusun pandemiya elan olunduğu gündən, dünyanın aparıcı dövlətləri buna qarşı mübarizə üsullarını, peraparatları, vaksin, müayinə və müalicə vasitələrini tapmaq üçün tədqiqatlara başladılar. Artıq bir çox ölkələr vaksin və müxtəlif peraparatlar istehsal edir. Koronavirusun müəyyən edilməsi üçün cihazlar icad edirlər. Rusiya mətbuatının yaydığı məlumata görə, Rusiyalı mütəxəssislər 27 dəqiqə ərzində insan orqanizmində koronavirusun olub- olmadığını müəyyən edən cihaz hazırlayıblar. Bu aparatın hazırlanmasında Federal Tibbi-Biologiya Agentliyinin ekspertləri də iştirak ediblər deyə, tibb elmləri doktoru Darya Kruçko məlumat verib. Hazırda Fiziki-Kimyəvi Təbabət İnstitutunun əməkdaşları da bu aparatın daha da təkmilləşdirilməsi üzərində işlərini davam etdirirlər. Mütəxəssislər qeyd edirlər ki, bu aparat vasitəsi ilə 27 dəqiqə ərzində xəstənin orqanizmində olan korona virusun bütün xüsusiyyətlərini müəyyən etmək mümkün olacaq. Müəyyən təkmilləşdirmə işlərindən sonra SARS-COV-2 virusunu müəyyən etmək üçün yaradılan bu aparat vasitəsi ilə virusun başqa ştammlarını da müəyyən etmək mümkün olacaq.

Bu arada Rusiyanın məşhur "Lider Medisina" müalicə mərkəzinin baş həkimi Yevqeni Timakov bəyan edib ki, artıq Rusiya əhalisinin 80-90 faizi bu xəstəliyə yoluxub. O hesab edir ki, yaxın 1,5-2 ildə Rusiyada virusla mübarizə başa çatacaq. Hazırda isə Rusiyada korona virusun dördüncü dalğası davam edir.

Deyirəm, görəsən Azərbaycanda bu qədər alim olduğu halda, onlar nə üçün nəsə icad etmirlər. Mən biləni alim o adama deyirlər ki, nəsə icad və ixtira edir. Bizim alimlərimiz isə...  

Yusif