Rəis müavini Cəlilabad rayonuna icra başçısı təyin olunacaq? - Rafiq Cəlilovla bağlı YENİ İDDİA

11:54 09-09-2021 198

Hazırda Azərbaycanda 7 rayonun əhalisi icra başçısı təyinatı gözləyir. MillətinSəsi.info xəbər verir ki, hazırda Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Bakı şəhərinin Nizami rayonu, Cəlilabad, Göygöl, Kürdəmir, Şəmkir, Lerik rayonlarına icra başçısı təyin edilməyib. Və bu məsələ son həftələr medianın və sosial şəbəkənin ciddi müzakirə etdiyi mövzulardan biri olaraq qalır.

Əksər rəylərə görə, rayonların başsız qalması ya gözlənilən struktur islahatları ilə, ya da daha düzgün kadr seçimi ilə əlaqəlidir. Bu arada sosial şəbəkədələrdə bir neçə nəfərin adları icra başçısı vəzifəsinə iddialı kimi hallanmağa başlayıb.

Belələrindən biri də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rafiq Cəlilovdur. İddialara görə, keçmiş Əmlak Komitəsi sədrinin müavini vəzifəsində də uzun illər işləmiş və burada adı daha çox qalmaqallarda hallanmış Rafiq Cəlilov Cəlilabada icra başçısı göndəriləcək. Lakin bəzi müşahidəçilər bu gözləntinin inandırıcı olmadığını israr edir.

Əsas səbəb kimi isə Rafiq Cəlilovun komitədə işlədiyi zaman adını neqativ məsələlərdə hallanması, hətta iş adamlarını döydürməsi, onların əmlaklarının əllərindən alınması və s. məsələlərdə adının hallanması göstərilir.

Digər bir amil isə siyasi məqamdır. Belə ki, Rafiq Cəlilov ləğv edilən Rabitə Nazirliyində uzun ilər nazir müavini postunu tutmuş İltimas Məmmədovla qudadır. Bu, o İltimas Məmmədovdur ki, işlədiyi keçmiş nazirlikdə həyata keçirilən əməliyyatla üzə çıxan sensasiyalı faktlarda adı ön sırada çəkilib. Hətta Bakı Telefon Rabitəsi Birliyinin sabiq rəisi ilə naziriliyin aparat rəhbəri Vidadi Zeynalov məhkəmədə birbaşa onun adını çəkərək, həm aylıq "paket", həm də digər ciddi yeyintilərindən söz açıblar.

Həm bu, həm də Rafiq Cəlilovun vaxtiiə komitə sədrinin müavini olarkən yol verdiyi nöqsanlar barədə dövrü mətbuatda çoxsaylı yazılar var. Bu və ya digər məqamlarla yanaşı, son illər təyantlara çox ciddi önəm verən ölkə rəhbərliyinin Rafiq Cəlilovun icra başçısı təyinatına razılıq verəcəyi mümkünsüz görünür.

Hər halda günün mövzusu ilə bağlı ekspert rəyləri də qalmaqallı şəxslərin vəzifələrə irəli çəkiləcəyini fikirini istisna edir.

Mənbə mia.az