"Ömür" klinikasında vətəndaşın 20 min pulunu alıb, körpəsini küçəyə atıblar? - VİDEOFAKT

12:54 10-09-2021 423

Bir neçə gün öncə Cavid adlı vətəndaş sosial şəbəkələrdə "Ömür" klinikasında müalicə olunan övladının həkimlər tərəfindən düzgün müalicə etməməsindən narazılıq edərək, həmin klinikadan video çəkiliş edib.

Narazı vətəndaş video çəkilişi zamanı bildirib ki, "Ömür" klinikasında uşağının müalicəsi üçün ondan 20 min manat alınıb, amma körpəsini düzgün müalicə etməyiblər: "Vətəndaşın pulun alırlar, qarşı tərəf kimi danışmaqdan qaçırlar. Üç dəfə bura gəlib, uşağın problemi ilə bağlı məlumat verdim. Amma heç bir nefərdə bizimlə əlaqə saxlamadı. Uşağın həkimi Hüseyn doktorda bizə bildirdi ki, get nə istəyirsən elə, mən heç kimdən qorxmuram.

Klinikada köməksiz və kasıb insanları bu vəziyyətdə saxlayırlar. Bu da Azərbaycan səhiyyəsinin günü, onsuzda bərbad vəziyyətdə olan səhiyyəmizin reallığını klinikada bir möhürünü vurdu. Həm vətəndaşları incidirlər, həm süründürürlər, həm də onların sağlamlığını əlindən alırlar.

Hər halda düşünürəm ki, bu klinikadakı vəziyyətlə bağlı həm hüquq-mühafizə orqanları, DTX və prokurorluq əməkdaşları diqqət ayırıb, obyektiv araşdıracaqlar."

Qeyd edək ki, "Ömür" klinikası Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 1/14 . AZ1000 ünvanda yerləşir. Klinikanın Metabolizm, Mikroskopik patologiya, Qeyri-invaziv kardiologiya, Sonsuzluq, Ailə və uşaq mərkəzlərinin müayinə və müalicə sahələri fəaliyyət göstərir. 

Klinikanın USM mərkəzində 7 şöbə fəaliyyət göstərir. ABŞ, Almaniya, Yaponiya istehsalı olan “VİNGMED SİSTEM FİVE”, “ESAOTE AU-5”, “VİNGMED-800”, “SONOSKOPE-3”, 4 D rejimli “VALUSON-730”, “MİNDRAY”, “COMBİSON”, “VİVİD FİVE”, “ALOKA SSD”, “LOGİQ-200”, “LOGİQ-400”, “LOGİQ-9” aparatlarının köməyi ilə Transkranial və doppler müayinə, Exo-kardioqrafiya, orqanların müayinəsi, müayinə, densitometriya, mammoqrafiya və s. müayinə aparmaq mümkündür.

P.S. Məsələ ilə bağlı "Ömür" klinikasının məsul şəxsləri ilə əlaqə saxlamaq istəsəkdə bu mümkün oladı. Qarşı tərəf kimi adı çəkilən şəxsin və ya klinikanın məsul şəxslərinində müansibətin ictimailəşdirməyə hazırıq.