Rüstəm Ağayev: “Təhsil işçilərinin vaksinsiz təhsil müəssisələrinə buraxılmaması könüllülük prinsipini pozmur” - VİDEO

14:23 10-09-2021 468

“Artıq təhsil işçilərinin 80%-dən çox hissəsi vaksin olunub. Sentyabr ayının 22-dən başlayaraq vaksin olunmayan, əks göstəriş serfilikatı və ya immun sertifikatı olmayan təhsil işçiləri təhsil müəssisələrinə buraxılmayacaqlar”. Bu sözləri Təhsil Nazirliyinin bugünkü brifinqində Təhsil Nazirinin müşaviri Rüstəm Ağayev deyib.

O həm də, təhsil işçiləri arasında vaksinasiya prosesinin daha da sürətlənməsi üçün məktəblərdə yaradılan vaksin məntəqələrinin artırılacağını deyib. 

Müşavir bildirib ki, təhsil işçilərinin vaksinsiz və ya əks göstəriş sertifikatsız təhsil müəssisələrinə buraxılmaması heç bir könüllülük prinsipini pozmur. 

Rüstəm Ağayev qeyd edib ki, vaksin olunmayan təhsil işçilərinin təhsil müəssisələrinə buraxılmaması hansısa bir ləngiməyə səbəb olmayacaq. 

“Onların sentyabrın 22-sinə qədər vaxtları var. Gedib vaksinlərini vurdura və ya immun sertifikatlarını ala biləcəklər. Biz inanırıq ki, bu, belə də olacaq və təhsilin ləngiməsinə səbəb olmayacaq”, – deyə o deyib.

Daha ətraflı Baku TV-nin süjetində: