Ermənistan parlamenti -Qarabağla bağlı komissiya yaratmaqdan imtina edib

16:36 10-09-2021 171

Ermənistan Milli Məclisi Qarabağla bağlı daimi komissiya yaratmaqdan imtina edib.

 “Sputnik Armeniya” xəbər verir ki, məsələ qanunverici orqanın Dövlət-hüquq məsələləri komissiyasında müzakirə olunub.

Belə bir komissiyanın yaradılmasının lehinə cəmi 4 deputat səs verib. Beləliklə, qərar layihəsi qəbul edilməyib.

Qeyd edək ki, bu təşəbbüslə müxalif “Hayastan” fraksiyası çıxış etmişdi.