Vilayət Eyvazovdan -yeni rəis təyinatı

18:48 10-09-2021 315

Gəncə şəhər Hava Limanı Xətt rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat olub.

 Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovnik-leytenantı İrza Nağıyev sözügedən quruma rəis təyin edilib.

Qeyd edək ki, İ.Nağıyev bundan öncə Gəncə şəhər Nizami rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsində işləyib.