Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Mingəçevir Regional idarəsi qanunsuzluğa göz yumur

10:42 11-09-2021 405

Kür çayının Kürdəmir rayonundan keçən ərazisində, Çərtiyəz kəndində Bolge.tv-nin əməkdaşları təbiətin mühafizəsi ilə bağlı reportaj hazırlayıblar.

Araşdırma aparan əməkdaşlarımız müşahidələr zamanı  ərazidə çox saylı qovaq ağaclarının kəsilməsinin, tor ilə,  quraşdırılmış vintillər vasitəsilə  qanunsuz balıq ovunun, qazıntının şahidi olublar.

Məsələ bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məlumatlandırılsa da, heç bir tədbir görülməyib.

Ümumiyyətlə bu tipli məlumatlar dəfələrlə Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzərinə çatdırılsa da qurum qanun pozuntuları ilə bağlı addım atmayıb.

Görünür Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin regionlarda ekologiyanın qorunması ilə bağlı tapşırılarını bəzi Regional Ekologiya və Təbii Sərvətlər İdarələri yerinə yetirmir.

Lakin ümid edirik, təqdim etdiyimiz kadrlardan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən məsələ ilə bağlı ciddi tədbir görüləcək.

Qarşı tərəf kimi yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Mənbə Bolge.tv