Fluvoksamin COVİD-19-a qarşı

13:32 13-09-2021 171
 Fluvoksamindən  artıq 30 ildən çoxdur ki, depressiya və onunla  əlaqəli digər problemlərin aradan qaldırılması üçün istifadə olunur. Keçən ildən bu perparatdan COVİD-19-a qarşı mübarizə vasitəsi kimi istifadə imkanları öyrənilməyə başlayıb. Bu ilin əvvəlindən isə Fluvoksamin üzərində klinik tədqiqatlara start verilib. EurekAlert yazır ki, bu tədqiqatlarda yaşı 50-dən yuxarı olan 1472 xəstə iştirak edib. Onlardan yarısı Fluvoksamin, yarısı da placelo qəbul edib. Xəstələrə nəzarət 28 gün davam edib. Alimlər belə qənaətə gəliblər ki, Fluvoksamin heç bir əks təsir göstərmədən  müalicənin 30 faiz yüngül keçməsinə kömək edir. Fluvoksamin həmçinin xəstəliyin agır formaya keçməsinin qarşısını alır ki, bu da dünyanın hər yerində xəstəxanalara və tibb personalına təlabatı azaltmaga imkan verəcək. Tədqiqatların rəhbəri Jilmar Reys bildirib ki, hazırda biz virusun yeni dalgaları qarşısındayıq, buna görə də xəstələrin ambulator müalicələri baxımından bu tədqiqatların mühüm əhəmiyyəti var. Hazırda xəstəliyin agır keçməsi səbəbindən amblotor müalicəyə çox məhdud hallarda icazə verilir.
Bütün müalicə kursu cəmi 4 dollara başa gələn yeni metodla insanları heç bir problemsiz evlərində müalicə etmək mümkün olacaq,- deyə tədqiqatların digər iştirakçısı Edvard Milss bildirib.
Yazıda həmçinin qeyd olunur ki, digər bir qrup tədqiqatçılar isə sadəcə burun suyundan analiz götürməklə xəstəliyin agırlıq dərəcəsini müəyyən etməyin yolunu tapıblar. Alimlər hesab edirlər ki, bu iki tədqiqatın nəticələrini bir araya gətirməklə yaxın zamanlarda COVİD-19-a qarşı mübarizənin ən effektiv yolunu tapmaq mümkün olacaq.
 
Yusif Seyid