Тürkiyədə turist avtobusu qəzaya düşüb.

16:41 13-09-2021 216
Turist avtobusunun sürücüsü həlak olub
 
 «Haber türk» bildirir ki, Türkiyənin Muqla əyalətində Bodrumdan Dənizliyə turist aparan avtobus qəzaya düşüb. Avtobusda əsasən Rusiyadan və Ukraynadan olan turistlər olub. İlkin məlumatlara görə, avtobus qarşıdan gələn içində yerli məktəblilər olan avtobusla toqquşub və aşıb. Məlumatda bildirilir ki, turistləri daşıyan avtobusun sürücüsü həlak olub. Ümumilikdə qəzada 49 nəfər zədələnib, onlardan 41 nəfəri turist avtobusunda olanlardır. Xəsarət alanlar Muqlu və Dənizlidə xəstəxanalara yerləşdirilib.