Gorus-Qafan yolunda yeni lövhə: “Azərbaycana daxil olursunuz”

13:40 14-09-2021 225

Gorus-Qafan yolunun Zeyvə-Şurnux yaşayış məntəqələri arasında yerləşən hissəsində Azərbaycan yeni lövhə quraşdırıb.

Ötən gün erməni mətbuatında Gorus-Qafan yolunun Zeyvə-Şurnux yaşayış məntəqələri arasında yerləşən hissəsində kameraların yerləşdirildiyinə dair məlumatlar paylaşılıb. Yayılan məlumatlara aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlanıb. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə təyin olunan polis postları xidmətin tələbinə və qarşıda duran vəzifələrin icrasına uyğun olaraq təchiz edilir.

Milletinsesi.info-ın xəbərinə görə, Ermənistan KİV-ləri yazır ki, lövhədə üç dildə - Azərbaycan, rus və ingilis dillərində - “Diqqət! Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz” sözləri yazılıb.

Ermənistanda isterik vəziyyət getdikcə alovlanır, ölkə müharibədəki məğlubiyyətdən sonra dərin intellektual böhran da keçirir.

Gorus-Qafan yolunun 21 kilometrinin Azərbaycan ərazisindən keçməsi, İranla Ermənistanın quru əlaqəsində marşrutların hərəkətinə Azərbaycanın nəzarəti İrəvanda təşvişi dərinləşdirir.

Azərbaycanın Gorus-Qafan yolunda polis postu quraşdırması, İrandan gələn avtomobillərin yoxlanılması və onların sürücülərindən gömrük rüsumunun alınmasından sonra yeni lövhə quraşdırılması da Ermənistanı seçim arasında qoyur: Ya sülh sazişinə razı olmalısan, ya da öz məhvini sürətləndirəcəksən.

Bunlar hələ Azərbaycanın müstəsna hüququnun yumşaq gücləridir. Yəni, daha çox psixoloji təzyiq kimi dəyərləndirilə bilər.