Bəşər Əsəd Moskvada:Suriya Prezidenti Putinlə görüşüb

14:46 14-09-2021 153

Putin Suriya Prezidentinin siyasi rəqibləri ilə dialoq qurmaq üçün çox iş gördüyünü qeyd edib

Suriya Prezidenti Bəşər Əsəd Rusiyaya səfər edib. Kremlin Mətbuat Xidmətindən bildirilib ki, Əsəd Moskvada Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb.

“Görüş zamanı Putin Suriya Prezidentinin siyasi rəqibləri ilə dialoq qurmaq üçün çox iş gördüyünü qeyd etdi. Bildirdi ki, birgə səylər nəticəsində Suriyanın əsas və böyük ərazisi azad edilib. Cənab Putin vurğuladı ki, Əsədin rəhbərlik etdiyi Suriya hökuməti ölkə ərazisinin 90 faizinə nəzarət edir”, - deyə məlumatda qeyd olunub.