Metal qəbulu məntəqəsində eramızdan əvvələ aid qılınc tapılıb

15:35 14-09-2021 72

 Sibirdə skif qılıncı tapılıb. Novosibirsk Dövlət Universitetinin arxeoloqları Krasnoyarsk ərazisindəki metaltoplama məntəqəsinə təhvil verilən dəmir qılınc üzərində araşdırma apararaq, onu erkən dəmir dövrünə aid ediblər. Tədqiqatçılar bu cür qılıncların eramızdan əvvəl 5-4-cü əsrin sonlarına və Taqar mədəniyyətinə aid olduğunu qeyd ediblər. Onlar söyləyir ki, tapıntı döyüşlərdə yaxından kəsici zərbələr endirməkdə, başı və gövdəni qorumaqda təsirli olan qısa qılınc tipinə aiddir. Tədqiqatçılar həmin qılıncın əlbəyaxa döyüşdə bıçaq zərbələri endirməkdə istifadə olunduğunu da söyləyirlər.

Nigar