Pentaqon yeni konfiqurasiyada tutucu raketin sınağını keçirdi

16:26 14-09-2021 54

Məlumatına görə, yeni rejimdə tutucu raketin ilk sınaqları sentyabrın 12-də, ABŞ Müdafiə Nazirliyinin Raketdən Müdafiə Agentliyi tərəfindən həyata keçirilib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb: "Bu iki mərhələli rejimdə dəyişən səviyyəli raketin yeni konfiqurasiyasının ilk sınağıdır. Sistem tam olaraq yeni rejimə uyğun olaraq işləyirdi".

Mətbuat xidmətindən verilən məlumata görə, üç mərhələli raketlər iki mərhələli rejimdə sınaqdan keçirilib. Bu da hədəfi vurarkən imkanlarını artırmısı deməkdir. Yeni texnologiya hədəflə bağlı son qərar raket buraxıldıqdan sonra verməyə imkan yaradadır.

Testlərin müvəffəqiyyətli olduğu bildirilir, lakin mütəxəssislər hələ də bu zaman əldə edilən məlumatları öyrənəcəklər.

Qeyd etmək lazımdır ki, Raketdən Müdafiə Agentliyinin direktoru vitse-admiral John Hill sınaqlar ilə əlaqədar olaraq ABŞ müdafiəsi üçün traektoriyanın orta seqmentində ballistik raketləri tutmaq üçün bir sistem hazırlamağın vacib olduğunu söyləmişdi.

Akif Nəsirli