Cəlilabad Müalicəvi Diaqnostika Mərkəzində nələr baş verir ?- Baş həkim Eldar Hacıyevin MİLYONLUQ “Meşəbəyi” istirahət mərkəzi.../VİDEO

12:28 15-09-2021 333
Baş həkim Eldar Hacıyev  xalatı da həkimlərə pulla satır 

Mərkəzdə  həkim gecə  xəstə  uşağın anasını zorlamaq istəyib...

Baş həkim texnikumda  oxuyanda  hansı “travma”  alıb ?  

Baş həkimin  Lerikdə  “Meşəbəyi”  istirahət mərkəzi 
Yenixeber.org: Son  10-15  ildə cənab Prezident İlham Əliyevin  təşəbbüsü ilə Azərbaycan səhiyyəsinə külli miqdarda dövlət vəsaiti ayrılıb. Rayonlarda müasir tələblərə cavab verən  xəstəxanalar inşa  edilib. Həmin xəstəxanalar ən müasir  tibbi avadanlıqlarla təmin olunub. 
Hətta neftdən gələn gəlirlər hesabına  rayonlarımızda xeyli sayda  Diaqnostika Mərkəzləri istifadəyə verilib. 
Bunlardan biri də Cəlilabad Müalicəvi Diaqnostika Mərkəzidir. 
Mərkəzin baş həkimi Eldar Hacıyevin əməlləri barədə eşidəndə adam sözün həqiqi mənasında dəhşətə gəlir. 
Bu adam dövlətin  mərkəzə ayırdığı pulları mənimsəyir, doymur. 
Deməli Mərkəzə daxil olan hər bir xəstə öz adını baş həkimin “dəftər”inə  yazmalıdır. Və axşam baş həkim gün ərzində  daxil olan xəstələrin pulunu həkimlərdən tələb edir. 
Dəhşətlidir, ona görə ki, baş həkim Eldar Hacıyev cərrahi əməliyyat zamanı lazım olan  tikiş iynələrini həkimlərə pulla satır. 
Həmin iynələrin qiyməti  60 qəpikdir. Baş həkim Eldar Hacıyev isə  belə "ibbi  vasitələri  60 manata sənədləşdirərək, ümumilikdə dövlətin 14 min vəsaitini mənimsəyib. Müalicəvi  Diaqnostika Mərkəzində baş həkim həkimlərin  istifadə etdikləri ağ xalatları həkimlərə satır. 
Bu azmış kimi  Eldar Hacıyev tabeliyində olan həkimlərdən hər ay cəm halında 7  min manat rüşvət alır. 
Baş həkim xəstəxanaya daxil olan  ərzaq məhsullarını  da sataraq mənimsəyir.  
Bir sözlə, Eldar Hacıyev  xəstələrə və həkimlərə qənim kəsilib. 
Xəstə həkimə deyəndə ki, axı, bura özəl deyil, dövlət tibbi müəssisədir. Həkim cavab verir ki, mən hər ay Eldar Hacıyevə aylıq verirəm. 
Mərkəzdəki  USM, tomoqrafiya və digər müayinələr pulladır. 
Bütün bunlar azmış kimi baş həkimin  mənəvi-psixi durumuda yerində deyil.  Bəli,  yaxınlarının dediyinə görə, Eldar Hacıyev  tibbi texnikumda  oxuyarkən ciddi “sevgi travması”  alıb. 
Bəli, vaxtilə  travma almış Eldar Hacıyevin baş həkim olduğu  Mərkəzdə ən alçaq, ən şərəfsiz, ən namussuz  hadisə baş verib. 
Məlumata görə, Diaqnostika Mərkəzinin əxlaqsız həkimlərindən biri olan Rzayev Sənan Ağabəy oğlu gecə yarısı sərxoş vəziyyətdə Diaqnostika Mərkəzinə gələrək, xəstə uşağının yanında palatada gecələyən ailəli bir qadına təcavüz etməyə cəhd göstərib. Hadisə o qədər böyüyüb ki, gecə saat 2-3 radələrində xəstə uşağın anasının qohum-əqrabası balta, bıçaq, lom, yaba ilə silahlanıb qisaslarını almağa gəliblər. Baş həkim Eldar Hacıyev isə bu əxlaqsız  hərəkəti ört-basdır eləyib, qeydiyyata  almağa imkan verməyib. 
Bəli, baş həkim saxta yollarla, təmir-tikinti adı altında o qədər pullar qazanıb ki, harınlayıb. 
Bəli, baş həkim Eldar Hacıyev Cəlilabadda qazandığı pulları  Lerik  rayonunda biznesə yatırıb. Və Lerikin səfalı yerində “Meşəbəyi”  istirahət mərkəzi və sanatoriyası açıb. Hazırda  baş həkimin obyektini  Cəlilabad Diaqnostika Mərkəzində vaxtilə çalışmış Nazim adlı şəxs idarə edir. Bəli, Eldar Hacıyev Cəlilabadda qazandığı haram pulları Lerikdə turizm biznesinə qoyub.  
Növbəti yazıda Eldar  Hacıyevin  “parlaq keçmişi”, texnikum illəri barədə maraqlı məlumat dərc edəcəyik.(gündelik-bakı.com) 
Bizi izləyin.