Atletlər kəndi tələbələrə verilsin

14:17 15-09-2021 432
Azərbaycanda yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb. Baş nazir Əli Əsədov da, artıq yeni dərs ilinin adi qaydada başlayacagı barədə qərar qəbul edib. Son günlər yoluxma və ölüm hallarının azalması da onu deməyə əsas verir ki, bu il dərslərin adi qaydada keçirilməsinə heç bir maneə olmayacaq. Amma maneə və problemlər var. Bu da bölgələrdə yaşayan və Bakının ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin yaşayış problemidir. Çünki Bakının mərkəzi hissəsində köhnə binaların sökülərək, yerində hündür mərtəbəli binaların tikilməsi səbəbindən mənzil kirayə bazarında ciddi bahalaşma müşahidə olunur. Ələlxüsus da metro stansiyalarına və təhsil müəssisələrinə yaxın ərazilərdə ev tapmaq müşkül məsələyə çevrilib. Qiymətlər isə həm əl, həm də cib yandırır. Tələbələrin böyük əksəriyyətinin elə imkanları yoxdur ki, təkcə mənzil kirayəsinə 400-500 manat pul xərcləsin. Valideyinlər isə çıxılmaz vəziyyətdə münasib ev axtarışındadırlar. Vəziyyətdən çıxış yolu isə var- atletlər kəndi tələbələrə verilsin! 
Bu barədə daha ətraflı «Paralel» qəzetində oxuyun!
Y. Seyid