ABŞ statusla bağlı mövqeyini açıqlayıb

15:04 15-09-2021 261

 ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi bu gün jurnalistlərə açıqlamasında statusla bağlı məsələdə ölkəsinin mövqeyindən bəhs edib. Xəbərdə deyilir: “Dağlıq Qarabağın statusu məsələsinin hələ də həll edilmədiyini vurğulamaq istərdim. Biz iki ölkə arasındakı problemlərin hərtərəfli həllinə ehtiyac olduğunu görürük. Amerika tərəfinin mövqeyi Dağlıq Qarabağın statusu məsələsinin Minsk Qrupunun gündəmində qalmasıdır. 9 noyabrda atəşkəs elan edildikdən sonra Ermənistan və Azərbaycanın davamlı sülhə nail ola bilməsi üçün danışıqlara ehtiyac var”.

Nigar