Pfizerin içindən ÇÖKÜNTÜ çıxdı – Şirkətdən ETİRAF

18:41 15-09-2021 207

Yaponiyada tətbiq zamanı Pfizerin 95 ampulasında çirkləndirici maddələr aşkarlanıb.
Xarici mətbuat= xəbər verir ki, sentyabrın 5-dək ölkənin müxtəlif bölgələrində tətbiq olunan koronavirus əleyhinə peyvəndin tərkibində yad maddələr ortaya çıxıb. 
Şirkət Tokiodakı mətbuat konfransında tapılan çirklərin həll edilməmiş çöküntü olduğu üçün təhlükəsizlik baxımından narahatlıq yaratmadığını açıqlayıb. Ağ, həll olunmamış çöküntünün bəzən görülə biləcəyi iddia edilib. 
Həmçinin flakon tərs çevrildikdə həll olunmasa da, peyvənd edərkən heç bir təhlükəsizlik problemi yaratmadığı bildirib.
Qeyd edək ki, Pfizer peyvəndinin tətbiqindən sonra bəzi şəxslərin bədənində yara əmələ gəlməsinə dair faktlar var.(Bizim.media)