Qışa hazır olmayan Bakı: Sel sularına qərq olan Binəqədi - VİDEO

13:06 28-09-2021 531

Bakıda bu gün səhər saatlarından başlayaraq yağan leysan yağışları sözün əsl mənasında həyatı iflic edib.

Belə ki, sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, Bakı nəinki qışa, hətta payızın fasiləsiz yağan yağışlarına da hazır deyil.

Belə videolardan biri də Xırdalan yolunda çəkilib. Su içində “üzən” Binəqədidə maşınlar çətinliklə hərəkət edir.

Həmin görüntüləri təqdim edirik: