Göyçayda özbaşınalıq edən KİMDİR? - İTTİHAM

13:12 28-09-2021 351

Göyçay rayonu, M.Hüseynzadə küçəsindəki yaşıllıq ərazidə qanunsuz tikinti işləri davam etdirilir. 15.09.2021-ci il tarixdə mətbuatda gedən şikayətdən sonra şam ağacının ətrafına çəkilən hasar sökülmüşdür. Lakin təəssüflər olsun ki, hazırda həmin yarımçıq qalmış qanunsuz tikilinin inşası davam etdirilir.

Şam ağaclarının ortasında tikilən bu qeyri-yaşayış obyekti tədricən ağacların məhv olmasına səbəb olacaqdır.

"Tikintiyə icazə aktı"nı verən Göyçay rayon İcra Hakimiyyətliyinin Memarlıq şöbəsidir.Arxitektur İntiqam Süleymanov bu qanunsuz əməlləri ilə böyük var dövlət əldə edib. Onun hər gün işə gəlib getdiyi bahalı avtomobili, hasarın hündürlüyündən içərisi görünməyən "Kremil Sarayı"na bənzər dəbdəbəli evi var. Bununla yanaşı xeyli mal-mülkünün olduğunu da bilirik.

Doğrusu yuxarıda qeyd etdiklərim arxitektur İntiqam Süleymanov barəsində olan sadəcə kiçik bir açıqlamadır. Görəsən Göyçayda təbiətə qənim kəsilən İntiqam Süleymanov və onun rəisi Mehdi Səlimzadə qanunsuz əməlləri kimə arxayın olaraq edir?

Ümid edirəm ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti onun haqqına daha geniş məlumatlar əldə edəcəklər və qanun çərçivəsində barəsində ciddi tədbir görüləcəkdir!

Qeyd edək ki, Göyçay rayon icra hakimiyyəti başçısının arxitektura idarəsinin müdiri İntiqam Süleymanov öz şəxsi maraqlarını təmin etmək üçün bu addımı atıb. Eyni zamanda bu kimi addımları Göyçay rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadənin idarəetmə metodu kimi də qəbul etmək olar. Adam dövlətin ona verdiyi görəvdən istifadə edərək var-dövlət sahibi olmaq istəyir. Ancaq digər tərəfdən bu proses rayon abadlaşdırma və təmir idarəsinin icazəsi və nəzarəti altında həyata keçirilməlidir.Yəqin ki,icra hakimiyyəti bütün orqanların səlahiyyətlərini mənimsəyib.

Hər halda Göyçay rayon abadlaşdırma və təmir idarəsinin rəisi Şöhrət Cəfərov bu məsələdə məsuliyyət daşıyır. Digər tərəfdən Ekologiya və təbii sərvətlər nazirliyinin 8 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin Mingəçevir regional idarəsi bu prosesin həyata keçirilməsi haqqında sərəncam verməli,yaxud icazə verməməlidir.

Bəs həmin regional ekologiya idarəsi hara baxır,onun ərazidə kifayət qədər bu kimi işlərə nəzarət etməli olan inspektorları var. Görünən budur ki, Mingəçevir regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin fəaliyyəti sıfıra bərabərdir. Əgər belə deyilsə bu qədər şikayətlər nədir?

Yəqin ki, Göyçay rayon Qarabaqqal kəndində yerləşən torpaq sahələrindən qanunsuz olaraq, rayon ərazisində yerləşən kərpic zavodlarına daşınan torpaq kütləsi barədə baş verənləri də heç kim unutmayıb. Bəli, regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin fəaliyyəti görünmür. Regional ekologiya və təbii sərvətlər idarəsini rayonlarında rüşvət almaq yollarından yararlanmaqla istənilən qanunsuzluğa yaşıl işıq yandırır.

Araşdırmalarımız davam edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə kendtv.info və azinfo.tv