Anım günü qıpqırmızı geyimdə Şəhidlər Xiyabanına gələn qadın kimdir? - FOTOFAKT

13:14 28-09-2021 945

Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkiminin 27 sentyabrda, Anım günündə geyindiyi paltar müzakirələrə səbəb olub.

MillətinSəsi.info xəbər verir ki, xanım baş həkim Anım gününə qırmızı libasda gəlib.

Mehriban Qaralovanın bu addımı sosial şəbəkədə ciddi müzakirə mövzusu olub. Sosial şəbəkə istifadəçiləri xanım baş həkimin bu davranışına sərt etiraz ediblər.

Sosial şəbəkələrdəki, paylaşımlardan biri diqqətimizi daha çox çəkdi. Çəkdi ona görə ki, Jurnalist Sima Babayeva adlı şəxs şəhidlər anım günü ilə bağlı insanı dəhşətə gətirəcək fotolar paylaşıb.O paylaşımında bir nəfər xanımın baş-ayaq qırmızı geyinib anım tədbirinə qatıldığını fotolarda ki, xanımın Abşeron Mərkəzi xəstəxanasının Baş həkimi Mehriban Qaralovanın olduğunu iddia edir.O hətta paylaşımında Abşeronun icra başçısı İradə Gülməmmədovanıda qınayır

Həmin paylaşımı sizlərə təqdim edirik.

Onun qırmızı paltar, qırmızı ayaqqabı və qırmızı maska ilə anım mərasiminə gəlməsi şəhidlərə hörmətsizlik kimi şərh olunub.

Qeyd edək ki, Mehriban Qaralova sabiq baş prokuror Zakir Qaralovun qohumudur. Məlumata görə, M.Qaralova sabiq prokurun əmisi qızıdır.