Yağış Bakının yol infrastrukturunu iflic etdi

14:06 28-09-2021 549
Ziya Məmmədovdan və Hacıbala Abutalıbovdan qalan miras
 
Bu gün səhər saatlarında başlayan yağış, az bir zamanda Bakının bütün yol infrastrukturunu iflic vəziyyətə saldı. Hazırda Bakı-Sumqayıt yolunda sonu görünməyən tıxac hökmüranlıq edir. Sadəcə, Masazır dairəsindən Yasamalaqədər olan 15 km. yolu ən yaxşı halda bir saata, saatyarıma qət etmək mümkündür. Yollarda elə bir vəziyyət yaranıb ki, hətta, Təcili Tibbi Xidmət maşınları da çox çətinliklə hərəkət edə bilirlər. Bakının mərkəzində və Bakı-Sumqayıt yolunda yaşanan bu biabırçılıqlar bizə hazırda «hinduşka, qaz, ördək bəsləməklə yaşamını təmin edən» eks-nəqliyyat naziri Ziya Məmmədovdan və vaxtı ilə «Bakımızı dünyayın ən gözəl şəhərinə çevirəcəyik», deyən eks-mer, fizik Hacıbala Abutalıbovdan miras qalıb. Və elə bir vəziyyətdə miras qalıb ki, onu düzəltməyin, ancaq bir yolu var, paytaxtı başqa bir yerə köçürmək. Bu həm də, hökumətimizə Bakının yol-kanalizasiya sisteminin təmir və bərpasından daha ucuz başa gələr. 
Amma bu gün hələ ki yağış yağmaqda davam edir. Axşama qədər belə davam edərsə, nəinki maşınlar, hətta insanlar belə, küçəyə çıxmaqda çətinlik çəkəcəklər. Aidiyyəti qurumlar isə həmişə olduğu kimi susurlar. Hələ ki, bu qədər.
Şəkillər Bakı-Sumqayıt yolunda və Yasamal rayonu ərazisində- Mətbuat prospektində çəkilib. 
 
Yusif